Nazir Bakıda internat məktəbindəki toyda rəqs etdi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Bakıda sağlamlıq imkanları məhdud Elman Nuruzadə ilə Nazpəri Osmanovanın toyu olub.
BAKU.WS xəbər verir ki, cütlüyün şad günündə bir sıra tanınmış sənət nümayəndələri, o cümlədən təhsil naziri Emin Əmrullayev də iştirak edib.
Məclisə qatılan tanınmışlar arasında Xalq artisti Alim Qasımov, Əməkdar artist Ruhəngiz Allahverdiyeva, bloger və səyyah Azər Qəribov, aparıcılar Hacı Nuran Hüseynov və Günay Firudinqızı da yer alıblar.
Toyda ən yaddaqalan məqam təhsil naziri Emin bəyin şıdırğı rəqsi olub.
Qeyd edək ki, Elman Telman oğlu Nuruzadə 1999-cu ildə anadan olub. O, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin sakinidir.
Nazpəri Osmanova isə 2000-ci ildə doğulub. O, Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli xüsusi internat məktəbinin sakinidir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi- SİYAHI
Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncama əsasən bir nəfər 2-ci dərəcəli “V...