Müctəba Xameneinin səssizli ətrafında iddialar böyüyür: İranın dini liderini niyə görən yoxdur?
"Müctəba Xameneinin seçilməsindən artıq beş aya yaxın keçməsinə baxmayaraq, onun nə yeni fotosu, nə video görüntüsü, nə də səs yazısı mövcuddur. Müctəbanın müraciətləri yayımlanır, fərmanları çatdırılır, amma rəhbərin özü görünmür, səsi eşidilmir".
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Youtube" kanalında yayımlanan süjetdə qeyd olunub.
Bildirilib ki, Müctəba Xameneinin danışa bildiyini, qərar qəbul etmək iqtidarında olduğunu və onun adından yayımlanan mətnlərin həqiqətən ona məxsusluğunu göstərən bir sübut belə yoxdur. Videomaterial "Reuters"dən istinadən İranın dini lideri barədə müxtəlif iddialar səsləndirilib:
"Müctəba Xameneinin üzü 28 fevral hücumunda zədələnib və formasını dəyişib, bir və ya hər iki ayağı isə ciddi xəsarət alıb. Daha bir hesabatda dörd İran rəsmisinin məlumatlarına istinad edilərək, onun üzündə və dodaqlarında ciddi yanıqlar olduğu, danışmaqda çətinlik çəkdiyi, bir ayağından bir neçə dəfə əməliyyat keçirdiyi və protez ayaqdan istifadə etməsinin mümkün olduğu bildirilib".
Rəsmi açıqlamaya əsasən isə Müctəba Xamenei tam sağlamdır. Ancaq Müctəbanın harada olduğu və onunla əlaqənin necə saxlanıldığı böyük sual olaraq qalır.
Oxşar xəbərlər
Anar Atakişiyevin çantasında PARTLAYIŞ - Yanıq xəsarətləri alıb
Tanınmış stilist Anar Atakişiyev Çində hava limanında xoşagəlməz hadisə ilə üzləşib. BAKU.WS xəbər verir ki, stilistin çantasında olan poverbank qəfil partlayıb...