Müctəba Xameneinin atasından xəbərsiz addımı gündəm oldu

Müctəba Xameneinin atasından xəbərsiz addımı gündəm oldu
Video 41

İranda dərs ilinin başlandığı gün, sentyabrın 22-də ölkənin ali rəhbərinin oğlu Müctəba Xameneinin qısa video müraciəti ölkə gündəminin əsas mövzularından birinə çevrilib.

Sözügedən çıxışda xeyli vaxtdır rəhbərlik üçün zəruri olan dini rütbə - Ayətullah titulu ilə təqdim olunan Müctəba Xamenei onlayn şəkildə tədris etdiyi fiqh və üsul üzrə xaric dərslərini dayandırdığını elan edib.

O, bu gözlənilməz qərarının səbəbləri barədə heç nə deməyib, üstəlik bu addımı atasından xəbərsiz atdığını vurğulayıb.

Müctəba Xamenei qeyd edib ki, onun bu qərarı müvəqqəti, yaxud daimi ola bilər və necə olacağı onun özünə də məlum deyil.

Qeyd edək ki, İran ali rəhbərinin övladları içərisində adı siyasətə qarışmış yeganə şəxs olan Müctəba Xamenei 15 ilə yaxın müddətdə şiə dini hövzələrində tədrisin ən ali səviyyəsi sayılan xaric dərsləri keçib və məlumatlara görə, onun bu ilki dərslərində iştirak etmək üçün qabaqcadan verilmiş elan əsasında 1600-dən çox tələbə qeydiyyatdan keçib.

Ətraflı "Azad İran" "YouTube" kanalının süjetində:

Son xəbərlər