Mingəçevir sakini həyətində 35 it saxlayır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə yaşayan Pənah Xəlilov 20 ilə yaxındır ki, itlərin təlimi ilə məşğuldur. Kiçik yaşlarından Rusiyada öyrəndiyi işi indi "Nur şəhəri"ndə, çox da böyük olmayan həyətində davam etdirir.
Şəhər sakini alman, ingilis və s. cinslərdən olan itləri həm bəsləyir, həm də onların təlimi ilə məşğul olur.
P.Xəlilov deyir ki, Mingəçevirdə sahibsiz itlər üçün sığınacaqlara ehtiyac var. Çünki sahibsiz heyvanları avtomobil vurur, çox vaxt isə baxımsızlıqdan xəstəliklərə tutulurlar.
Hazırda Mingəçevir sakini Pənah Xəlilov həyətində 35 it saxlayır. Onların arasında alman cinsləri üstünlük təşkil edir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...