Mətbuat nümayəndələrinin köməyinə Daxili Qoşunların hərbçiləri gəlib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.
BAKU.WS xəbər verir ki, aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri igidliklə qoruyur.
Bunu aksiyanın ilk günündə (dünən, dekabrın 12-də) Rusiya sülhməramlıları “Report” İnformasiya Agentliyinin avtomobilinin qarşısını kəsərək əməkdaşları ilə kobud davranarkən DQ hərbçilərinin köməyə gəlməsini özündə əks etdirən videokadrlardan da görmək olar.
Bizlər, həm media əməkdaşları, həm də sıravi insanlar olaraq DQ hərbçilərinin hərəkətlərindən qürur duyduq və duyuruq.
Oxşar xəbərlər
Şuşa-Xankəndi yolunda yeni çadırlar qurulur - VİDEO
Şuşa-Xankəndi yolunda aksiya keçirənlər üçün yeni çadırlar qurulur. Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keç...