“Mənzil bazarında kəskin qiymət artımı olacaq” – Səbəblər açıqlandı - VİDEO
Hazırda mənzil bazarında potensial alıcı kütləsini daha çox qarşıdakı aylardakı tendensiyalar maraqlandırır.
BAKU.WS “turkustan.info”ya istinadən xəbər verir ki, ənənəvi olaraq Azərbaycan xalqında daşınmaz əmlaka həm etibarlı, qalıcı sərvət kimi baxılır, həm də, gələcək nəsilə ötürülən dəyərli hədiyyə, miras sayılır. Bu mənada mənzil bazarında qiymət dəyişiklikləri toplumda narahatlıqla izlənilən mövzudur.
Aparılan araşdırma və təhlillər, həmçinin, bu sahə üzrə ixtisaslaşmış ekspertlərin proqnozlarına görə gələn ilin başlanğıcından mənzil bazarında kəskin qiymət artımı gözlənilir.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə qiymət artımını şərtləndirən bir sıra amillər var: ” Son 1 ildə mənzil tikintisi sahəsində qəbul olunan qərarlar, şəhərsalma və infrastruktur layihələri ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və tövsiyələri, əhalinin mənzil-məişət şəratinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial layihələr, yaşayış sahəsinə tələbatın yüksək olması, turist axını və məskunlaşma ilə bağlı olan demoqrafik amillər…”.
Oxşar xəbərlər
Daşınmaz əmlak bazarında QİYMƏT PROQNOZU
Bu ilin birinci yarısında Azərbaycanda mənzil qiymətlərinin 5-10 faiz ucuzlaşması gözlənilir.Bunu Trend-ə "Koneko Group" qiymətləndirmə şirkətinin direktoru Vüq...