“Melissa Group” tikinti şirkəti gecələr sakinlərini yatmağa qoymur (VİDEO)
09
iyl
2018
15:14
Bakının Yasamal rayonunda sakinlər gecələr normal yata bilməməkdən şikayət edirlər.Bu barədə Yasamal rayonu, Həsən Bəy Zərdabi 92 A ünvanında yaşayan sakinlər BAKU.WS-ə şikayətlənib. Sakinlərin şirin yuxusuna haram qatan isə “Melissa Group” tikinti şirkətidir. Sakinlərin sözlərinə görə, Həsən Bəy Zərdabi 92 A ünvanında gecə saatlarında da tikinti işləri aparılır. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. “Gecələr yata bilmirik. Gecə saat 12-də, 1-də səs-küy olur. Yük maşınlarının səsi bizi yatmağa qoymur”, - deyə Elvin Məmmədov adlı şikayətçi bildirib. Sakinlərin sözlərinə görə, dəfələrlə bu barədə Yasamal rayon İcra Hakimiyyətinə, polisə və şirkətin özünə şikayət ediblər. Lakin hələ də problem həllini tapmayıb. Vətəndaşlar dediklərinin sübutu kimi gecə saatlarında gedən tikintinin videogörüntüsünü BAKU.WS-ə göndərib. Məsələ ilə əlaqədar “Melissa Group” şirkətinin tikinti departamentinin rəhbəri Arzuman Murtuzayevlə əlaqə saxladıq. Şirkət rəsmisi BAKU.WS-ə açıqlamasında sakinlərin yalan danışdığını vurğuladı. Onun sözlərinə görə, işlər axşam saatlarında dayandırılır. “Ümumiyyətlə isti havalara görə son günlər tikinti sərin vaxtlarda aparılır. Gecələr isə ümumiyyətlə işlər aparılmır”, - deyə Arzuman Murtuzayev bildirib. Binanın komendantı İlqar Məmmədov isə BAKU.WS-ə açıqlamasında bildirdi ki, tikinti işləri səhər saat 09-dan 18:00-a qədər davam edir. Məsələ ilə əlaqədar Yasamal rayon İcra hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, əgər bu barədə narazılıqları varsa, sakinlər icra hakimiyyətinə müraciət etsinlər. Qurumdan həmçinin bildirdilər ki, bu narahatçılıq müvəqqətidir. Çünki Bakı şəhərində səhər saatlarında yük maşınları və texnikaların hərəkəti qadağan edildiyi üçün onlar da gecələr işləməyə məcburdurlar. Cavid BabayevBAKU.WS
Oxşar xəbərlər
Bakıda sakinlər köçürülür - Razı olanlara hər ay 400 manat veriləcək
Bakının Yasamal rayonunda daha bir ünvanda pilot layihə çərçivəsində evlərin sökülməsi üçün qərar verilib.Bu barədə BAKU.WS-ə Yasamal rayonunun Tağı Şahbazi küç...