Azər Qərib "Altes Group" şirkətindən 1 milyon manat tələb edir: Pulu qəpiyinə qədə paylayacam
06
okt
2017
12:38
Tanınmış jurnalist, media eksperti Azər Qərib “Altes Group” şirkətini məhkəməyə verəcəyini bildirib.BAKU.WS-in məlumatına görə, Azər Qərib bu barədə Facebook səhifəsində yazıb.Onun sözlərinə şirkətlə aparılan danışıqlar heç bir nəticə verməyib.“Bu “Altes” ki var, bütün danışığlarımızı puç etdi və mən qərara gəldim. Yalnız özüm üçün deyil, yalnız qonşularım üçün deyil, tikinti şirkətləri tərəfindən aldanan bütün vətəndaşların maraqları naminə belə qənaətə gəlmişəm ki, qanun çərçəvəsində məhkəməyə müraciət edim.Bu səbəbdən, gənc, iddialı, siyasət qohusu olan prosesslərdə iştirak etməyən “derzki” vəkil axtarıram ki, “Altes” şirkətinə qarşı mənəvi kompensasiya tələbi irəli sürüm. Qonşularım qoşulsalar da sağ olsunlar, qoşulmasalar da, fərq etməz, fərdi qaydada hərəkət edəcəm, faktlar çoxdur.Bir milyon civarında məbləğ düşünürəm, nə qədər udsam, xeyriyyə işlərinə, pullar xəstə uşaqlara, qaçqın ailələrinə xərclənəcək, qəpiyinə qədər.Həmin prosesin informasiya dəstəyini öz üzərimə götürürəm, sözümü deyəcəm, bunlar centlmenliyin nə olduğunu bilmirlər, yalan danışmaqla və insanları aldatmaqla, yəni haram yolla para qazanırlar.Mənə səbr diləyin. Yeri gəlmişkən, Altes yalnız tikinti ilə deyil, dərman alveri ilə də məşğuldur və bu haqda da suallar çoxdur”, - deyə Azər Qərib bildirib."Altes Group"un Şəhriyar küçəsi 21 ünvanında yerləşən binasında sakinlərin razılığı olmadan 17-ci mərtəbədə, binanın damında tikinti işləri aparılıb. Bundan əlavə, sakinlər illərdir, "kupça" ala bilmədiklərindən şikayət edirdilər. Azər Qərib də şikayətçilər arasında idi.BAKU.WS
Oxşar xəbərlər
ATV-nin rəhbərliyinə gətirilən Azər Xəlilov kimdir?
ATV-nin prezidenti Vüqar Qaradağlının işdən çıxarılmasından sonra kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb....