Maskalardakı qurd qalmaqalı ilə bağlı AÇIQLAMA - VİDEO

Maskalardakı qurd qalmaqalı ilə bağlı AÇIQLAMA - VİDEO
Video
Video 1621

Tanınmış aparıcı Firuzə Cəlilova sosial şəbəkədə tibbi maskadan nano qurd çıxması barədə video paylaşıb. Aparıcı maskanı isti su olan fincanın üzərinə qoyub. Görüntülərdə kiçik qurdların peyda olduğu bildirilir.

BAKU.WS xəbər verir ki, məsələnin doğruluğunu dəqiqləşdirmək üçün BAKU.TV mütəxəssislərə müraciət edib.

Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sədrəddin Atakişizadə BAKU.TV-yə məsələ barədə danışıb:

“Bu, ağlagələn bir şey deyil. Güclü təfəkkürün məhsulu da deyil. Maskalarda elə bir qurd ola bilməz. Birincisi, istehsalçı məhsulu hazırlayarkən bir neçə mərhələdən keçir.

Axırda isə qaynar ütü ilə ütülənir. Orada heç bir canlı varlıqdan söhbət gedə bilməz. Heç bir maskada qurd uzun müddət yaşaya bilməz. Onun inkişaf etməsi üçün münbit imkan da yoxdur”.

Qeyd edək ki, oxşar videolar bir müddət əvvəl sosial şəbəkələrin Qazaxıstan seqmentində də yayılıb. Lakin tezliklə bu ehtimalın həqiqətə uyğun olmadığı aydın olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər