Lökbatan qəsəbəsinin küçələri təmir edilir - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1 000 metr olan Massiv 6, 1A küçəsi və 2 800 metr olan Massiv 6, Yeni məhəllənin yollarında təmir işləri aparır.
BAKU.WS xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, yenidənqurma işləri çərçivəsində küçələrdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb, yol əsası işlənilib. Hazırda hər iki ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6,5 kilometr olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19,6 kilometr təşkil edir.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...