Livandan çəkilən görüntülər insanları vahiməyə salır

Dünən Livanda peycerlərin partlaması zamanı dünya yaşadığı şokdan çıxa bilməmiş, bu gün ikinci hücum xəbəri gəldi.
BAKU.WS xəbər verir ki, bu dəfə İsrail Livanda Hizbullahın radiolarını partladıb. Bölgədən gələn ilk görüntülər qorxuludur. Görüntülərdə partlayışlardan sonra müxtəlif nöqtələrdə yanğının başladığı görünür. Livandakı partlayışlardan sonra ölənlərin sayı durmadan arır.
Hadisə yerindən yayılan görüntülər isə görənləri vahiməyə salır.
Qeyd edək ki, Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Məlumata görə, azı 450 nəfər yaralanıb.
Bundan əvvəl Livanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib. "Al Hadath" telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.
Oxşar xəbərlər
Qazinin inanılmaz sağ qalma hekayəsi: Ermənilərin qorxulu yuxusuna çevrilmişdi
İkinci Qarabağ müharibəsində qəhrəmanlığı ilə seçilən igidlərimizdən biri də Vətən müharibəsi qazisi Famil Fərəcovdur. O, Baku TV-yə verdiyi müsahibəsində döyüş...
