İlham Əliyev vətəndaşları incidən məmurlardan danışdı: "Rüşvətxorluq halları baş verir" - VİDEO
04
noy
2019
16:36
"Vətəndaşlara diqqət rayon icra hakimiyyətləri tərəfindən yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir. Onların problemlərinə reaksiya verilmir". BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.Dövlət başçısı bildirib ki, bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb olunur:"Rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır. Rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir. Vətəndaşlara maksimum diqqət göstərilməlidir. Rayon icra hakimiyyəti nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidir".
Oxşar xəbərlər
İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısını qəbul edib - YENİLƏNƏCƏK
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edib.BAKU.WS-in xəbərinə görə, bu barədə Azərbayca...