Prezident bəzi icra başçılarının saxtakarlığını ifşa etdi: "Vəsaiti mənimsəyirdilər" - VİDEO
31
okt
2019
16:31
"Əlbəttə ki, rayonlarla böyük şəhərlər arasında fərq var, hər bir ölkədə. Ancaq biz bu fərqi azaltmalıyıq. Rayon yerində elə şərait yaradılmalıdır ki, oradakı vətəndaşlar elə orada yaşasınlar. İş yerləri olmalıdır. İndi dövlət xətti ilə bu proqram icra olunur, o cümlədən ödənişli ictimai işlər yaradılıbdır". BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.Dövlt başçısı bildirib ki, bu il 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıb:"Ancaq əvvəlki mənzərə necə idi? Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə siz ən kasıb təbəqəni bu işlərə cəlb etməlisiniz ki, onlar işsiz qalmasın. Mən demək istəyirəm ki, bu ödənişli iş yerlərinin böyük əksəriyyəti bizə lazım deyil.Ancaq biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun və rayonlarda iş axtaran işlə təmin olunsun. Yenə də demək istəyirəm ki, bu işlərdə artıq 40 minə yaxın vətəndaş işləyir və eyni zamanda, onların arasında bağbanlar, binaları təmir edənlər də var. O da bizə lazımdır. Ona görə bu sahəyə çox ciddi diqqət göstərilməlidir və elə etməlisiniz ki, vətəndaşlar sizin fəaliyyətinizdən razı qalsınlar".
Oxşar xəbərlər
Prezident yeni iki icra başçısı təyin etdi - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.A.Tağıyevin Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS xə...