Kürdəmir sakinlərinin bitməyən yol dərdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirin Dədə Qorqud küçəsinin sakinləri illərdir ki, yolsuzluqdan əziyyət çəkir.
Rayonun “Cənub məhəlləsi” adı ilə tanınan küçədə gedib-gələrkən sürücülər bir dərd, piyadalar isə ayrı bir dərd çəkir.
Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Dədə Qorqud küçəsi və əlavə 7 küçədə abadlıq işlərinin görülməsi nəzərdə tutulur.
“Bununla əlaqədar aidiyyəti qurumlara müraciət olunub. Vəsait ayrıldığı təqdirdə bu işlər davam etdiriləcək”, - deyə qurumdan əlavə edilib.
Qeyd edək ki, rayonun əsas küçələrindən olan və asfalt üzünə həsrət qalan bu ərazidən hər gün 2 minə yaxın sakin istifadə edir.
Yolun abadlaşması isə aidiyyəti qurumların nəzərdə tutulan planı həyata keçirməsindən sonra mümkün olacaq.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...