Kərə yağını əritdi, bu halla qarşılaşdı - VİDEO

Kərə yağını əritdi, bu halla qarşılaşdı - VİDEO
Video
Video 1678
İsmayıllı rayon sakini bayram şirniyyatı bişirmək üçün rayonda fəaliyyət göstərən marketlərin birindən kərə yağı alıb. Yağ əridilən zaman isə rəngini dəyişib.BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, yağ əvvəlcə sarı olub, əridildikdən sonra isə rəngini dəyişərək qaralıb.Rayon sakini Qönçə Həsənova deyir ki, yağı əridərkən məhsulun rəngi dəyişib və başqa bir hala düşüb. O, yağdan istifadə etməyə ehtiyatlanıb.Qönçə Həsənova aldığı məhsuldan bir parça götürərək Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı regional bölməsinə təqdim edib. Nümunələr laborator müayinəyə göndərilib.Yağı alan sakin üzləşdiyi vəziyyət ilə bağlı mağazaya da məlumat verib. Mağazadan ona məhsulun istehsalçısı deyil, satıcısı olduqlarını və bu səbəbdən sözügedən problemlə bağlı məsuliyyət daşımadıqlarını bildiriblər. Yağın qaralmasının səbəbi isə laboratoriyanın nəticələrindən sonra bəlli olacaq.BAKU.WS

Oxşar xəbərlər

Bazarda saxta yağlar var — Kərə yağını necə tanıyaq? - VİDEO

Bazarda saxta yağlar var — Kərə yağını necə tanıyaq? - VİDEO

Marketlərdə hər cür qiymətə kərə yağı adı ilə yağlar satılır. Qida Təhlükəsizliyi Agentliyi kərə yağını digərlərindən fərqləndirən əsas əlamətləri açıqlayıb. Qu...

2796 Video 21:48 27 fevral 2019

Son xəbərlər