"Kobra" Pərviz "Survivor"da "Yandırdın qəlbimi" oxudu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) yeni görüntüləri ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, hazırda reytinqli layihələrdən olan "Survivor 2022: All Star"da iştirak edən idmançı mahnı oxuyub.
Pərviz ötən gün yarışmada təşkil edilən "Birləşmə partisi"ndə Azərbaycan Xalq mahnısı olan "Yandırdın qəlbimi" ifasını səsləndirib.
Yarışmanın digər iştirakçıları da Abdullayevə qoşularaq mahnını birlikdə ifa ediblər.
Qeyd edək ki, "Yandırdın qəlbimi" son zamanlar daha çox müğənni Aysel Əlizadənin ifasında səslənir.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...