Kimlərin bundan sonra bağçalarda çalışacağı BİLİNDİ - VİDEO
Məktəbəqədər təhsil müəssisələrində çalışanların 30 faizinin təhsili, diplomu yoxdur.
BAKU.WS-in Xezerxeber.az-a istinadən məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə bildirib.
O bildirib ki, tərbiyəçilərin sertifikasiyadan keçirilməsi yalnız təhsilli şəxslərin bu cür müəssisələrdə çalışmasına imkan verəcək. Bununla yanaşı uşaq bağçalarınin ərzaqla təminatı məsələlərinə nəzarət gücləndirilib.
Eşqi Bağırov Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan iddialara da münasibət bildirib. Bildirib ki, məsələ ilə bağlı Regional Təhsil İdarəsi tərəfindən komissiya yaradılıb.
Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır.
Daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...