Kişilər də atalıq məzuniyyətinə çıxa biləcək - VİDEO

Kişilər də atalıq məzuniyyətinə çıxa biləcək - VİDEO
Video
Video 909
Azərbaycanda kişilərə də ödənişli atalıq məzuniyyətinin verilməsi təklif edilir.BAKU.WS-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial siyasət şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, Əmək Məcəlləsində məzuniyyət "qismən ödənişli sosial məzuniyyət" adlanır və bu hüquq valideynə uşağın 3 yaşı tamam olana qədər veriləcək. Bu məzuniyyətdən həm kişilər, həm də qadınlar istifadə edə biləcəklər. Yəni qarşılıqlı razılıq əsasında məzuniyyət valideynlərdən birinə veriləcək. Layihədə artıq bu məzuniyyətə görə veriləcək məbləğlər də müəyyənləşdirilib.Əbülfət Məhərrəmov bildirib ki, istər qadın, istərsə də kişi qismən odənişli sosial məzuniyyət hüququndan hissə-hissə və növbəlilik prinsipi əsasında istifadə edə biləcəklər. Yəni məzuniyyətin bir hissəsindən ata, bir hissəsindən isə ana faydalana biləcək.Əbülfət Məhərrəmovun sözlərinə görə, Əmək Məcəlləsində nəzərdə tutulan müddəaya əsasən, odənişli sosial məzuniyyət hüquqü özəl və dövlət büdcəsindən maliyyələşən müəssisədə eyni əsaslarla təmin edilir.Vətəndaşlar uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilməsini vacib hesab edirlər.Qeyd edək ki, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd edilib.Qeyd edək ki, möcvud qanunvericilikdə atalara yalnız ödənişsiz əsaslarla atalıq məzuniyyətinin verilməsi nəzərdə tutulub.BAKU.WS

Son xəbərlər