Şimali Koreyanın hidrogen bombası dolları ucuzlaşdırdı, qızıl rekord vurdu (VİDEO)

Şimali Koreyanın hidrogen bombası  dolları ucuzlaşdırdı, qızıl rekord vurdu (VİDEO)
Video
Video 1220
Şimali Koreyanın hidrogen bombası testi dünya birjalarını da "vurub". BAKU.WS-in məlumatına görə, beynəlxalq bazarlarda dollar sürətlə ucuzlaşamağa başlayıb. Qızılın qiymətində isə bahalaşma müşahidə edilir. Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsindən sonra qızıl dünən son 1 ilin ən yüksək səviyyəsinə çatıb. Qızıl 1 unsiyası (31.1 qram) 1.339,64 dolları keçib. Bu səviyyə 2016-cı il sentyabrın 27-dən etibarən ən yüksək səviyyə deməkdir. Xatırladaq ki, Şimali Koreya prezidenti Kim Çen Inın hidrogen bombası ilə bağlı verdiyi qərar bütün dünyanı ayağa qaldırıb. Səhər saatlarında Şimali Koreyanın nüvə sınağı etdiyi ərazinin yaxınlığında 6.3 bal gücündə zəlzələ baş verib. Yaponiya hökuməti zəlzələnin nüvə sınağı nəticəsində baş verdiyini bildirib. Güclü təkandan sonra 4,6 bal gücündə daha bir afterşok olub. Zəlzələ Çinin bəzi şəhərlərində təxminən 10 saniyə davam edib. ŞahinBAKU.WS

Oxşar xəbərlər

Şimali Koreyadan dünyanı ayağa qaldıran addım

Şimali Koreyadan dünyanı ayağa qaldıran addım

Şimali Koreya prezidenti Kim Çen Inın hidrogen bombası ilə bağlı verdiyi qərar bütün dünyanı ayağa qaldırıb. BAKU.WS-in məlumatına görə, səhər saatlarında Şimal...

4495 Hadisə 09:50 04 sentyabr 2017

Son xəbərlər