Hər kəsə təsir edəcək VACİB XƏBƏRDARLIQ - Sentyabrın 18-dən marta qədər…

Hər kəsə təsir edəcək VACİB XƏBƏRDARLIQ - Sentyabrın 18-dən marta qədər…
Video
Video 3032

Sentyabrın 18-də baş verəcək Ay tutulması zamanı bir çox insan üçün ciddi problemlər yaranacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin tanınmış astroloqu Aysun Koç bildirib.

"Ay tutulmaları bir ay əvvəlcədən öz təsirlərini göstərirlər və 6 ay bu davam edir. Beləliklə, AY tutulmasının təsirləri artıq başlayıb və mart ayına qədər davam edəcək.

Bu müddət ərzində gərginlik, duyğusal və depresiya ilə dolu vəziyyət davam edəcək. Bu müddətdə insanlar çox diqqətli olmalıdır", - deyə Aysun Koç vurğulayıb.

Mütəxəssis qeyd edib ki, Ay tutulması ərəfəsində Balıq, Qız, Əkizlər və Oxatan bürclərindən olan şəxslər üçün xüsusən çətin olacaq. Bu bürcdən olan insanların səhhətləri pisləşə bilər.

Daha ətraflı videodakı çıxışa baxaraq məlumat ala bilərsiz:

Xatırladaq ki, 2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək. Ay tutulması Bakı vaxtı ilə saat saat 04:41:02-də başlayıb, saat 08:47:18-də sona çatacaq.

Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44:10-da baş verəcək. Saat 06:12:48-də qismən tutulma başlayacaq və saat 07:15:35-də sona çatacaq. Saat 04:41:02-da yarımkölgəli tutulma başlayacaq və saat 08:47:18-də sona çatacaq.

2024-cü ilin 2-ci Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq.

Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulması müşahidə ediləcək.

Oxşar xəbərlər

Son xəbərlər