Hacı Şahin AzTV-də aparıcılığa başladı - VİDEO

22
fev
2019
15:21
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, İlahiyyatçı Hacı Şahin Həsənli aparıcılığa başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, "Azərbaycan Teleradio Verilişləri" QSC-nin Mədəniyyət Televiziyasının efirində yayımlanan “Haqqın dərgahı” verilişini təqdim edir. Qeyd edək ki, "Haqqın dərgahı" verilişi müstəqilliyin ilk illərindən fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamı günü 15 dəqiqəlik yayımlanan verilişin müəllifi Arif Teymurov, rejissoru Sevda Abdullayevadır. Hacı Şahinə qədər verilişin aparıcısı Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev olub. Zülfiyyə Qurbanova BAKU.WS
Oxşar xəbərlər
Hacı Surxaydan Məhərrəmlik ayı haqda açıqlama
Sentyabrın 11-dən etibarən İslam dinində mühüm aylardan biri olan Məhərrəmlik başlayıb.BAKU.WS xəbər verir ki, bəzi şəxslər bu ayda konsert tədbirləri, şənliklə...
