Hacı Şahindən dənizdə hicabla çimənlərlə bağlı AÇIQLAMA
18
avq
2017
18:48
Azərbaycana bir çox yerlərdən, o cümlədən ərəb ölkələrindən çoxlu sayda turist gəlir. Xüsusən yay aylarında ölkəmizə səfər edən turistlər çimərliklərə və hovuzu olan məkanlara üz tuturlar. Xanımların hicabla dənizdə çimməyi əksər hallarda ironiya ilə qarşılanır. Dəfələrlə sosial şəbəkələrdə hicabla dənizə girən xanımların görüntüləri paylaşılaraq tənqidi fikirlər səsləndirilib.Hicabla dənizdə çimmək nə dərəcə düzgündür?BAKU.WS-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli AzVision.az-a bildirib ki, bir çox müsəlman ölkələrində, o cümlədən Türkiyədə hicablı qadınlar üçün ayrıca çimərliklər var.“Türkiyədə müəyyən istirahət mərkəzlərində qadınlar və kişilər üçün ayrı çimərliklər fəaliyyət göstərir. Orada hicablı qadınlar adi çimərlik geyimində dənizdə və ya qapalı hovuzda çimə bilirlər. Örtünmənin qayda-qanunları, şərtləri var. Düzdür, dində bununla bağlı qadağa yoxdur, amma hicabla ümumi çimərlikdə çimmək qeyri-adi görünür deyə onun tərəfdarı deyiləm”.Haci Şahin Həsənli bildirib ki, ölkəmizdə hicablı qadınlar üçün ayrı çimərliklər yaradılmalıdır: “Hicabla dənizdə çimməyi düzgün hesab etmirəm. Şübhəsiz ki, turizm inkişaf etdikcə, bu məsələlərdə təkmilləşmə aparılacaq. Lazım gələrsə, tələbat olarsa, belə çimərliklər gələcəkdə yaradıla bilər. İndiki halda hicablı qadınların ümumi çimərlikdə çimməyini məqbul saymıram”.BAKU.WS
Oxşar xəbərlər
Bakıda hicablı ərəb qadınlar aqua-parkda hər kəsi təəccübləndirdi (VİDEO)
Bakıda istirahət mərkəzlərindən birində maraqlı görüntülər kameraya düşüb. BAKU.WS-in məlumatına görə, aqua-parka gələn ərəblər hər kəsi təəccübləndirib. Hicab...