“Haber Global”: “Azərbaycan xalqı 28 illik aradan sonra Qarabağda Novruz bayramını qeyd etdi” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin builki Novruz tonqalını məhz işğaldan azad edilmiş Şuşada alovlandırmasını diqqqət mərkəzində saxlayır.
Bununla bağlı bir sıra nüfuzlu KİV öz efirində süjetlər yayımlayıb, saytlarında xəbərlər və sosial şəbəkə hesablarında məlumatlar paylaşıb.
Türkiyənin “Haber Global” media şirkəti də Azərbaycan Prezidentinin ailəsilə birlikdə Şuşada Novruz bayramını qeyd etməsi ilə bağlı süjet hazırlayıb.
Süjetdə bildirilir ki, 28 illik fasilədən sonra Azərbaycan xalqı işğaldan azad edilmiş Qarabağ torpaqlarında da baharın gəlişini qarşılayıb. Videomaterialda ölkə prezidenti İlham Əliyevin Şuşadakı Cıdır düzündən xalqa bayram müraciəti etməsi qeyd olunub.
Telekanal yaxın zamanlarda Ağdamın baş planının hazır olacağını da izləyicilərinin diqqətinə çatdırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Cıdır düzündən müraciəti - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırıblar....