Göyçayın kəndləri susuz qalıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda bir neçə kənd su problemi ilə üzləşib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bir aydır rayonun Şəhadət və Qarabağlar kəndləri susuzluqdan əziyyət çəkir.
Sakinlərin sözlərinə görə, kənddə təsərrüfat suyu olmadığı üçün nə əkin sahələrini, nə də meyvə bağlarını suvarmaq mümkündür. Su olmadığından həyətyanı sahələrdə olan meyvə ağacları quruyaraq məhv olur.
Məsələ ilə bağlı Göyçay Suvarma Sistemləri İdarəsindən bildirilib ki, hazırda su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi həmin kəndlərdə su çatışmazlığına səbəb olub.
Qeyd edək ki, rayon ərazisində ümumilikdə 26 448 hektar suvarılan sahə var. Bunun da 17 772 hektarı Yuxarı Şirvan kanalından, 1 600 hektarı Yekəxana gölündən, 7 067 hektarı isə Göyçay çayından qidalanır.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...