Gecə klubunda olan müğənni dəhşətli gecəni xatırladı: "Adamlar yana-yana..." - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Nicat Məhərrəmov Bakıda gecə klubunda baş verən partlayışdan danışıb.
BAKU.WS xəbər verir ki, "Bizimləsən" verilişinə qonaq olan Nicat hadisə zamanı orada dəhşətli anlar yaşadığını bildirib. Nicat saçının, kirpiyinin və qolundan bir hissənin yandığını deyib.
O, partlayışın zərbəsindən insanların çölə səpələndiyini, bəzi adamların isə yanaraq çölə qaçdığının şahidi olub.
Sənətçi həmin gecə klubunda yanıq xəsarətləri alan 4 dostundan da danışıb. İfaçı hazırda onların xəstəxanada müalicələrinin davam etdiyini və vəziyyətlərinin orta ağır qiymətləndirildiyini bildirib.
Qeyd edək ki, hadisə aprelin 3-ü Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda qeydə alınıb. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...