Ermənistanın regionda yaratdığı faciəvi vəziyyət - Baku TV-nin EKSKLÜZİV REPORTAJI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ilk dəfə deyil ki, həyəcan təbili çalır.
Regionun ən vacib ekoloji problemlərindən biri transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsidir. Bu çayın yaxınlığında Ermənistana məxsus iki dağ-mədən sənayesi kombinatı yerləşir.
BAKU.WS xəbər verir ki, bununla bağlı BAKU TV-nin yutub kanalında süjet yayımlanıb.
Erməni zavodlarından çıxan ağır metalların suya qarışması nəticəsində Oxçuçay dəhşətli ekoloji problemlərin mənbəyinə çevrilib.Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi suyun tərkibini təhlil edib. Məlum olub ki, çayda çirklilik dərəcəsi digər sərhəd çayları ilə müqayisədə olduqca çoxdur.
Erməni ekofəalları özləri də ölkələrindəki faciəvi vəziyyət barədə bəyanatlar verirlər. İddia olunur ki, ekoloji effektivlik indeksinə əsasən, Ermənistanda hava və su anbarlarının çirklənməsi ilə bağlı ciddi problemlər mövcuddur.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...