Ermənistan yeni müharibəyə hazırlaşır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan yeni müharibəyə hazırlaşır.
Bu barədə “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, Ermənistana yeni silahların, o cümlədən də Hindistandan alınan hərbi texnika və sursatların daşınmasını başqa cür şərh etmək mümkün deyil.
“Dehlinin İrəvanı silahlandırmasına dair ilk məlumatlar hələ ötən il peyda olub. Lakin indi artıq Hindistandan Ermənistana silah daşınmasını əyani şəkildə nümayiş etdirən kadrlar ortaya çıxıb.
Əldə edilən məlumata görə, hərbi avtomobillər karvanı Ermənistana İranın Nurduz keçid məntəqəsindən daxil olub.
Kadrlardan da göründüyü kimi daşınan yük onun tərkibini gizlətmək üçün tentlə örtülüb”, - deyə süjetdə vurğulanır.
Daha ətraflı “Caliber”in videomaterialında:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...