Erməni yazıçı: “Karapetyan Qarabağa getməməli idi!” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni yazıçı-publisist Levon Drnoyan Ermənistan rəhbərliyini Azərbaycana qarşı təxribatlarda ittiham edib.
Bu barədə “Caliber”in növbəti süjetində qeyd olunub.
Sosial şəbəkə hesabında erməni xalqına müraciət edən Levon Drnoyan fikirlərini “erməni emosionallığı”na qapılmadan qiymətləndirməyi tövsiyə edib.
Erməni yazıçı kapitulyasiya aktının imzalanmasının ildönümü ərəfəsində Nikol Paşinyanın müdafiə naziri (keçmiş) Arşak Karapetyanı Qarabağa göndərməklə özünün təxribat törətdiyini bildirib. Levon Drnoyanın sözlərinə görə, bununla erməni baş nazir beynəlxalq hüququ kobud şəkildə pozub.
“Azərbaycan bu addıma cavab olaraq müharibə elan edə bilərdi və beynəlxalq hüquq da onun tərəfində olardı”, - deyə L.Drnoyan bildirib.
Ətraflı “Caliber”in süjetində:
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsi - TAM MƏTN - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. BA...