Emin Ağalarov Gəncə hadisələri ilə bağlı paylaşım etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada yaşayan Xalq artisti, biznesmen Emin Ağalarov sosial şəbəkə hesabında cəbhədə gedən şiddətli döyüşlər barəsində ən çox paylaşım edən məşhurlardandır.
BAKU.WS xəbər verir ki, ifaçı bu dəfə “İnstagram” hesabında ermənilərin Gəncəyə atəş açmasından yazıb. O, dəhşətli hadisənin görüntülərini paylaşaraq belə şərh verib:
“11 oktyabrda Azərbaycanın ikinci böyük sənaye şəhəri olan Gəncə, döyüş bölgəsindən kənarda Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Şəhərin mərkəzində uşaqlar da daxil olmaqla 34 mülki şəxs yaralanıb, 9 mülki şəxs isə şəhid olub”.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Xalq artistlərindən müraciət - SİYAHI
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən yenidən genişmiqyaslı təxribatın törədilməsi və Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi ilə...