Əli Mirəliyevin həyat yoldaşı EFİRƏ GƏLDİ: "Gəlinim nəvəmi 7 yaşında atıb gedib" - VİDEO

Əli Mirəliyevin həyat yoldaşı EFİRƏ GƏLDİ: Gəlinim nəvəmi 7 yaşında atıb gedib - VİDEO
Video
Video 270

Müğənni Əli Mirəliyevin həyat yoldaşı "Elgizlə izlə" verilişinə qonaq olub.

BAKU.WS xəbər verir ki, proqram zamanı Anaxanım Mirəliyeva gəlininin vaxtilə övladını ataraq getdiyini açıqlayıb:

"Mənim gəlinim çıxıb gedib. Nəvəmi mən saxlamışam. 7 yaşı var idi. Artıq 19 yaşı var. 17 yaşı olanda onu ölkədən çıxartdım, Ankaraya universitetə apardım. Anası onun ölkədən çıxarılmasına icazə verməli idi, verdi də. Sənədləri düzəldəndə o biri nənəsinin yanında qeydiyatda idi. Sənəd alanda bəlli oldu ki, oradan qeydiyyatdan çıxarılıb.

Məndən anası ilə görüşmək üçün icazə istədi və razılaşdım. O zamanlar isə vəziyyətim yaxşı deyildi, xəstələnmişdim. Nəvəmin anası məni küçədə gördü və söylədi ki, sən uşağımı əlimdən almısan. Buna görə də Allah sənə dərd verib. Cavab verdim ki, əgər belədirsə, o uşağa baxmaq üçün Allah mənə dərman da verəcək.

Uşaq yayda tətilə gəldi və dedi ki, babam da, nənəm də rəhmətə gedib. Ona dedim ki, get, ananla görüş".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər