Dostlarından halallıq istəyən 19 yaşlı şəhid Zöhrab Kərimov - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV 2022-ci ilin sentyabr döyüşlərində düşmən təxribatına cavab verərkən şəhid olan Zöhrab Kərimovun ailəsini ziyarət edib.
Şəhidin anası Pərvanə Kərimova övladının vətənpərvərliyindən danışıb:
“Həmişə bayrağı olub. Özü ilə gəzdirirdi. Hərbiyə qəbul olunanda sevincinin həddi-hüdudu yox idi”.
Atası Azad Kərimov isə oğlunun komandirinin onun haqqında dediklərindən bəhs edib:
“O vaxta kimi çarpayısının üstünə adını yazmayıbmış. Adını yazıb, çıxanda deyib ki, yerimə bayraq sərərsiniz ”.
Zöhrab şəhid olmamışdan bir müddət əvvəl dostlarından halallıq istəyib. Məzar daşına isə “Kişi kimi yaşadım, kişi kimi də öləcəyəm” yazılmasını istəyib.
“Səs yazısından bir ay ötdü, müharibənin qızğın vaxtı idi. Xəbər gəldi ki, Zöhrab şəhid olub”, - deyə dostu Cəbrayıl Xosuzadə söyləyib.
Ətraflı videonu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...