"Donuz qripi"ndən öldüyü deyilən idmançının məzarından ÜRƏKDAĞLAYAN mənzərə - VİDEO

Donuz qripindən öldüyü deyilən idmançının məzarından ÜRƏKDAĞLAYAN mənzərə - VİDEO
Video
Video 2280
Qripdən dünyasını dəyişən qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədovun ölümündən 15 gün keçir.BAKU.WS xəbər verir ki, ARB-nin "Səhər-səhər" proqramı Sabirabadda dəfn edilən idmançının məzarından reportaj hazırlayıb. Ürək dağlayan görüntülərdə dünya çempionunun doğmaları onun üçün göz yaşı tökürlər. 34 yaşında dünyasını dəyişmiş Xamisi ölümü ilə barışmayan anası, bacıları və həyat yoldaşı sakitləşə bilmirlər.Xatırladaq ki, X.Məmmədov 26 yanvarda dünyasını dəyişib. Yaxınları idmançıının qripdən vəfat etdiyi bildiriblər. Ölümündən 1-2 gün əvvəl idmançıının nəfəs almasında problem başlayıb. Vəziyyəti ağırlaşan Məmmədov xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək olmayıb. İnsanlar arasında yayılan şayiələrdə onun qonşu ölkələrdə, eləcə də Azərbaycanda yayılan "donuz qripi"ndən (H1N1 virusu) öldüyü deyilir. Səhiyyə Nazirliyi bu şayiələrə belə cavab verib: Xamis Məmmədov 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub.Qeyd edək ki, Xamis Məmmədov 1984-cü il iyunun 24-də Sabirabad rayonunda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Daha sonra isə Azərbaycan Respublikası Vergilər Nazirliyində çalışıb.Allah rəhmət etsin!Zülfiyyə Qurbanova BAKU.WS

Son xəbərlər