SİZİN REKLAM BURADA!
055 213 76 73




Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.

Modern.az-a daxil olan məlumata görə, idmançının ölüm səbəbi qripdir. İdmançının nəşi dəfn olunması üçün Sabirabada aparılıb.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

S.Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl sooyuqdəymədən müalicə alıb:

“Daha sonra xəstəlik şiddələnib və onun bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib”.

BAKU.WS