İdman zallarında məşq qiymətləri artdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İdman zallarında xidmətin aylıq haqqı artıb..
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, yay ayı olduğu üçün idman klublarına üz tutanların sayı artıb.
İdman zallarında fitnes, həmçinin digər idman növləri üzrə dərslər fərdi qaydada və ya qrup halında olur. Əvvəlki vaxtlarla müqayisədə fitnes zallarında aylıq qiymətlər nisbətən artıb. Həftədə üç dəfə zalda məşq etməklə, limitsiz məşq etməyin arasında da qiymət fərqləri var.
Fərdi qaydada müəllimlə məşq etməyin qiyməti isə fərqlidir. Burada həmin şəxsə məşqin xırdalıqları öyrədilir və effektiv olması üçün göstərişlər verilir. Fitnesslə yanaşı xüsusilə azyaşlılar idman növləri ilə də məşğul olmaq üçün zallarına üz tuturlar.
Burada fərdi məşqlər 200-250 manat arasındadır. Amma qrup halında olanda qiymət daha ucuz olur.
Qeyd edək ki, idman zallarında qiymət artımının əsas səbəbi alətlərin bahalaşmasıdır. O da bildirilib ki, hələlik idman zallarında növbəti qiymət artımının olacağı gözlənilmir.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...