Diqqət! Bakının bu küçəsi sizi 20 AZN xərcə sala bilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sürücülər ayırıcı zolaqları parklanma zonası bilərək avtomobillərini burada saxlayır. Daha sonra isə cərimə olunurlar.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Zaur Nudirəliyev küçəsi, “ASAN xidmət”in yaxınlığında yerləşən ərazidən gedir.
Sürücülər ayırıcı zolağı səhvən parklanma zonası bilərək avtomobillərini burada park edirlər.
Onlar burda avtomobillərini park edən zaman digər sürücülərə də maneə yaradır.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli “Xəzər Xəbər”ə bildirib ki, yollarda salınan ayırıcı zolaqlar nəinki parklama yeri, hətta hərəkət üçün qadağandır.
Qeyd edək ki, avtomobillərini bu ərazilərdə saxlayan şəxlər 20 manat məbləğində cərimə olunacaqlar.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...