Deputat bankları tənqid etdi: "Niyə 12%-lə alıb 25%-lə geri qaytarırsan?"
 
                            
                            
                                11
                                iyn
                            
                                2019
                                17:03
                            
                            
                        Millət vəkili Vahid Əhmədov əhalini narahat edən suallardan danışıb. BAKU.WS xəbər verir ki, Vahid Əhmədov bankların yüksək faizlə kredit satmağını tənqid edib. "Banklar vəsaiti haradan alırlar? Banklardakı pulun 80-85% insanların əmanətləridir. Mən həmişə sual verirəm ki, necə olur ki, bank əmanəti 12%-lə alır, həmin pulu 25%-lə kredit verir?" Yaxşı, 12%-lə götürürsən, qoy üzərinə 3%. 4% də sənin xərcin olsun. Sənin xərcin 15-20% deyil axı. Bank sistemində bu suallar var və bu suallar cavabını tapmalıdır".Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə deputatın sualına cavab verməyə çalışıb: "Bu gün bankların alıcısı olmasa, o faizlər də olmaz. Siz, bank sektorunda niyə yüksək faizləri götürürsüz? Sahibkarlara yardım fondu var. Onlarda kredit 6%-lə verilir. İpoteka fondunda kreditlər 8%-lə verilir. Bu gün banklarda boş vəsait formalaşır. Artıq o vəsaitlər orta və kiçik sahibkarlığa istifadə olunacaq. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir". 
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Kredit faizləri aşağı düşəcək - VİDEO
Banklar vətəndaşlara yüksək faizlə kredit verə bilməyəcək. Bununla bağlı ''Banklar haqqında'' qanuna dəyişikliyin edilməsi təklif olunur. Təklif qəbul edilsə, k...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
  
                             
                     
                     
                     
                     
                    