“Danışaq?” layihəsinin növbəti buraxılışında Azərbaycanda cazın inkişafı müzakirə olunub - VİDEO

Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.
BAKU.WS xəbər verir ki, növbəti buraxılışın qonağı caz ifaçısı, pianoçu, bəstəkar, müğənni, Azərbaycanın Xalq artisti Əzizə Mustafazadə olub.
Xalq artisti hazırda ölkədə cazın inkişafının yüksək səviyyədə olduğunu vurğulayıb: “Ölkəmizdə istedadlı şəxslər çoxdur, əla musiqiçilərimiz var”.
Ə.Mustafazadə Almaniyaya niyə köçməsi, Bakıda keçiriləcək konsertləri, süni intellektin musiqiyə təsirindən danışıb, gənc musiqiçilərə bir sıra məsləhətlər verib.
Onun sözlərinə görə, gənc istedadlar üçün özünütəhsil çox vacibdir.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...
