Cəriməsini ödəməyən piyadalar üçün yeni cəza - VİDEO

10
fev
2018
17:02
Cəriməsini ödəməkdən imtina edən piyadalara qarşı tədbirlər gücləndirilib. Bundan sonra yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən piyadalar cərimələrini ödəməsələr, bəzi sənədləri ala bilməyəcəklər.BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, piyadalara qarşı tətbiq edilən cərimələrin ödənilməsini təmin etmək üçün “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib.Yol hərəkəti üzrə ekspet Ərşad Hüseynovun sözlərinə görə, əksər piyadalar illər keçsə də, cərimələri ödəməkdən boyun qaçırırlar. Qanuna dəyişikliklərin edilməsində əsas məqsəd də məhz ödənilməyən cərimələrin qalmamasıdır. Bu dəyişiklik, həmçinin piyadaların üzərinə bəzi vəzifələr qoyur.Ekspertlər piyadaları nizam-intizamlı olmağa və tətbiq edilmiş cərimələri vaxtında ödəməyə çağırırlar.BAKU.WS
Oxşar xəbərlər
Yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirildi
Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vur...
