Çörəklə bağlı iyrənc mənzərə – VİDEO

Çörəklə bağlı iyrənc mənzərə – VİDEO
Video
Video 1141

Son vaxtlar çörəyin süfrələrimizə hansı yollarla gəlib çıxması şübhələr doğurur.BAKU.WS xəbər verir ki, çörək maşınlarının sanitar qaydaları pozması halları artıb.

Məsələ ilə bağlı ARB TV-də reportaj yayımlanıb.

Araşdırma apararkən belə qayda pozuntusuna rast gəldik. Çörək daşıyan maşının yiyəsi maşınını rəngləyəcəyini və belə antisanitar halın birdə yaşanmayacağını dedi.

Bundan sonra nəzarət olunacaqmı, olunmayacaqmı? Bilmirik. Amma buna qədər olan çörəyin daşınması zamanı yol verilən bu səhlənkarlıqların vətəndaşlara az zərbəsi dəyməyib.

Əslində çörəkbişirmə sexləri də bu qaydalardan və təmizlik normalarından xəbərsiz deyil.

Yəqin ki, bu sadalananları etmək onların çox vaxtını alır, ya da əlavə əziyyətə düşmək istəmirlər.

Görünənsə odur ki, bu cür başa salımaqla bəziləri başa düşmək istəmir.

Deməli mütləqdir ki, bu sahədə də sərt addımlar atılsın. Yeyinti məhsullarının daşınması zamanı sanitar norma və qaydalarını pozanlar ciddi cəzalandırılsa, bu digərləri üçün dərs olar. Vətəndaş da aldığı çörəyin təmizliyindən əmin olaraq yeyər.

BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu iyrənc kadrlar Bakıda çəkildi - Yediyimiz çörək belə daşınır - VİDEO

Bu iyrənc kadrlar Bakıda çəkildi - Yediyimiz çörək belə daşınır - VİDEO

Dəyərli oxucular "XəzərXəbər”in votsap nomrəsinə gondərilən bir görüntü gündəlik istifadə etdiyimiz çörəyin daşınması ilə bağlı məsələni aktuallaşdırır. Söhbət...

5045 Video 09:19 01 oktyabr 2017

Son xəbərlər