Çingiz Abdullayev: “Azərbaycanda 2 tanınmış insan mənə dedi ki, sən insanları aldadırsan” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"20-ci əsrdə yazılan kitablar hamısı detektiv janrlı olub. Azərbaycanda mənim 2 tanınmış oxucum olub. Rejissor Rasim Ocaqov və bəstəkar Emin Sabitoğlu... Onlar ikisi də mənə deyirlər ki, sən insanları aldadırsan".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev deyib. Real TV-də yayımlanan "Göstərir Radio" verilişinə qonaq olan yazıçı detektiv janrlı əsərlərdən danışıb. Abdullayev əslində yazıçıların detektivdən deyil də, insanlardan yazdığını bildirib:
"Dedilər ki, əslində sənin bir dənə də olsa detektiv janrlı kitabın yoxdur. Sən deyirsən ki, bu detektiv janrlıdır, amma elə deyil. Sən insanlardan yazırsan. Fransızlar, norveçlilər, latviyalılar da belə yazırlar. Detektiv kimi təqdim edilən kitablarda əslində insanlardan yazırlar".
Oxşar xəbərlər
Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti...