Ceyhun Bayramov “Haber Global”a danışdı: “Bunu Türkiyə diplomatiyasının uğuru kimi qiymətləndirərdim”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Haber Global” telekanalına müsahibə verib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, nazir müsahibəsində Antalya Diplomatiya Forumunun əhəmiyyəti barədə fikirlərini bölüşüb, eləcə də Azərbaycandan Avropaya əlavə qaz tədarükünün mümkünlüyündən, həmçinin Qarabağdakı layihələrdən bəhs edib.
Xarici işlər naziri qeyd edib ki, uzun fasilədən sonra Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumunun başladığı ərəfədə burada görüşüb danışıqlar aparması, Türkiyənin xarici işlər nazirinin təşkilatçılığı və onun iştirakı çox əhəmiyyətli addım oldu.
“Müharibə gedən zamanda belə bir görüşün keçirilməsi ilk növbədə Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən isə hər iki tərəfin Türkiyəyə olan inamının göstəricisidir. Mən bunu Türkiyə diplomatiyasının böyük uğuru kimi qiymətləndirərdim”.
Ətraflı “Haber Global”ın sujetində:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...