Cəlilabadda 23 nəfərin koronavirus şübhəsi ilə yerləşdirildiyi xəstəxanadan görüntülər - VİDEO

Cəlilabadda 23 nəfərin koronavirus şübhəsi ilə yerləşdirildiyi xəstəxanadan görüntülər - VİDEO
Video
Video 7767

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

BAKU.WS xəbər verir ki, xəstəxana qarşısından çəkilən kadrlar ortaya çıxıb.

Görüntülərdən aydın olduğu kimi, təcili tibbi yardım briqadasının həkimləri xüsusi geyimdə çalışırlar.

Qeyd edək ki, ilkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir: "Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik".

Son xəbərlər