İrandan qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
BAKU.WS-ə daxil olan birgə məlumatda qeyd olunur ki, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.
Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir: "Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik".
Oxşar xəbərlər
SON DƏQİQƏ - Bakıda daha 7 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib. BAKU.WS xəbər veri...
