Cavanşir körpüsünün söküntüsü davam edir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıdakı Cavanşir yolötürücüsünün söküntüsünü davam etdirir.
BAKU.WS xəbər verir ki, söküntü işlərinin tərtib olunmuş qrafikə uyğun yerinə yetirilməsi və yeni yol infrastrukturunun yaradılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
İşlər “İnşaat Norma və Qaydaları”na əsasən həyata keçirilir.
Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib. Artıq sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsini, həmçinin Cavanşir yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyini nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
