“Caliber”: İranda 100 gün davam edən etirazlar, bundan sonra necə olacaq? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Caliber”in yutub kanalında yayımlanan yeni süjetdə İranda artıq 100 gündür davam edən etirazların nəticələri və gələcək inkişafına dair proqnozlar yer alıb.
Davam edən etirazlar nəticəsində 500-dən artıq etirazçının həlak olduğu, 18 mindən çox iranlının həbs edildiyi xatırladılıb, “Bəsic” qüvvələrinin həyata keçirdiyi təqib və təzyiq metodlarına toxunulub.
“Rejimin dərin sosial qarşıdurmaları həll etməyə mexanizmləri mövcud deyil. Bu isə etirazların təkrar-təkrar baş qaldıracağı deməkdir. Hakimiyyət nümayişləri hansısa müddətdə yatıra bilər, lakin rejimdən qopan əhalinin müqavimətini sındırmaq mümkün olmayacaq”, - deyə qeyd olunur.
Daha ətraflı “Caliber”in yutub kanalında yayımlanan növbəti analitik buraxılışda:
Oxşar xəbərlər
İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbayca...