Bərdədə kəndin ərazisindən neft çıxdı (VİDEO)

14
apr
2019
09:05
Bərdənin Kətəlparaq kəndində istifadəsiz qalan quyudan neft sızır.Xezerxeber.az-ın məlumatına görə, ötən əsrin ortalarında rayonda neft tədqiqatları aparılıb. Hətta qazılan quyulardan neft də çıxıb. Lakin səmərəsiz olduğundan bir müddət sonra həmin quyular qapadılıb.Bu da həmin qapadılan quyulardan biridir. Quyunun qapalı olmasına baxmayaraq, neft sızıntısı davam edir. 10-15 il əvvələ qədər kənd sakinləri buradan çıxan mazutdan yanacaq kimi istifadə ediblər. Hazırda isə az hallarda heyvanlarda xəstəliklərin müalicəsində istifadə edirlər.Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, quyunun qorunmasına xüsusi diqqət yetirilir. Yaxın ərazidə təhlükə yarada biləcək odun yandırılmasına da icazə verilmir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda maraqlı hadisə: Kanalizasiya quyusundan neft çıxır - VİDEO
Bakının Suraxanı rayonunda kanalizasiya quyusundan neft çıxıb.Neft kanalizasiya xətti iləevlərə dolub. Sakinlər yaranmış vəziyyətdən narahatdırlar. Onlar evdə o...
