BNA-nın yeni layihəsi hər gün qəzalara səbəb olur - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Nəqliyyat Agentliyi istədi göz düzəltsin, vurdu qaşı da çıxardı.Xətai rayonunda bəzi yolların yenidən bərpasına dair elə bir layihə verilib ki, gəl görəsən.
Gələn maşın gedənə dəyir, gedən də beton səddə çıxır. Yaranan vəziyyət həm sürücüləri, həm də yol kənarında yerləşən obyekt sahiblərini lap cana yığıb.
BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.TV-yə bildirib ki, bu layihə beynəlxalq standartlara uyğundur və piyadaların normal hərəkətinə hesablanıb.
“Görünən dağa nə bələdçi”...
Bu məsəl elə burada lap yerinə düşür. Layihənin nə dərəcədə uğurlu və ya uğursuz olmasının bariz nümunəsi gün ərzində həmin küçədə baş verən qəzaların sayıdır.
Əgər piyadaların sağlamlığına hesablanan bu səkilərdə gün ərzində qəzalar baş verib, insanlar xəsarət alırsa, biz deməyə söz tapmırıq...
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...