Binəqədidə antisanitar vəziyyət aradan qaldırılıb - YENİLƏNİB - VİDEO
Binəqədi rayonunda qeyd edilən ünvanda yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, ərazidə təmizlik işləri görülür, aidiyyəti qurumlar cəlb edilib.
DİN-dən BAKU.WS-ə verilən məlumata görə, əraziyə məişət tullantıları atan şəxs müəyyən edilərək barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb.
***13:35
Bakının Binəqədi rayonunda yaranmış zibillik ərazi sakinləri təngə gətirib.
Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, söhbət rayonun İlham Hacıyev küçəsində, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin yaxınlığında yerləşən ərazidən gedir.
Şikayətçinin sözlərinə görə, ərazidə yaranmış antisanitar vəziyyət və üfunət qoxu sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Sözügedən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...