Binanın üstündə inşa edilən qanunsuz tikinti dayandırıldı - VİDEO

Binanın üstündə inşa edilən qanunsuz tikinti dayandırıldı - VİDEO
Video
Video 408

Paytaxtın Yasamal rayonu, Moskva prospekti 8 ünvanında qanunsuz tikinti işləri həyata keçirilib.

Bu barədə məlumatlar BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Belə ki, sözügedən ünvanda binanın sonuncu mərtəbəsində mansard tipli qanunsuz tikinti işləri həyata keçirilib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında Yasamal rayonu, Moskva prospekti 8 ünvanında yerləşən “Main” yaşayış kompleksinin 33 saylı yaşayış binasına baxış keçirilib:

"Binanın sonuncu mərtəbəsində qeyri-qanuni inşa olunan tikili sökülüb və yaşayış komleksinin rəhbərliyinə binanın layihə vəziyyətinə qaytarılması barədə tapşırıq verilib".

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər