Bayramdan sonra yaranan çirkin mənzərə - VİDEO
02
sen
2017
09:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. ARB TV xəbər verir ki, bayramla əlaqəli olaraq ət kəsim məntəqələrində bəzən natəmiz mənzərə yaranır. Bu mənzərənin günün sonunda da olduğu kimi qalması insanların yediyi bayram ətinin ləzzətini heçə döndərir. Təbii ki, bu hal bütün məntəqələrə aid deyil. Addımbaşı rast gəlinən kəsim yerlərində xüsusi nəzarət olunmadığından bu yerlərin təmizliyi sahibkar və qəssabların ümidinə qalır. Qəssab: "Özümüz yığıb aparırıq gedəndə. Elə şey olar?" Qəssab: "Axşam gedəndə özüm təmizlərtdirib gedəcəm. Özümə mən başqa söz gətizdirə bilmərəm. Mədəniyyətimizi göstərməliyik". Bakı Şəhər Baytarlıq İdarəsinin Müfəttişliq şöbəsinin müdiri Zahid Nəsibli də deyir ki, bu ərazilərin təmizliyinin qorunması sahibkarların işidir. Belə görünür ki, ümid həmin sahibkarlara qalır. İnanırıq ki, əraziyə məsul aidiyyatı orqanlar bayram ətinin ləzzətli qoxusunun küçələrdəki natəmizlik iyinə qarışmasına imkan verməyəcəklər. BAKU.WS
Oxşar xəbərlər
Bayram namazı qılındı
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.BAKU.WS Trend-ə istinadən bildirir ki, bu gün Qurban bayramı münasibətilə saat 09:0...